Stressə qarşı kəskin reaksiya

İnsanda psixi pozuntuların digər əlamətləri olmadan, qeyri-adi fiziki və ya psixi stresə qarşı cavab olaraq yaranan və adətən bir neçə saatdan və ya gündən sonra sönən, keçici psixoloji pozuntudur. Stres reaksiyalarının yaranmasında və ağırlığında, fərdin tez təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir. Düşüncə və diqqət sferasının daralması, qıcıqlandırıcıları tam dərk etmənin qeyri-mümkünlüyü və bələdləşmə pozuntuları ilə müşayiət olunur. Bəzi hallarda ətraf situasiyadan uzaqlaşma, yüksək həyəcanlılıq və oynanıqlıq, eləcə də panika (taxikardiya, həddən artıq tərləmə və qızarma) ilə də müşayiət oluna bilər. Belə əlamətlər stres situasiyasından bir neçə dəqiqə sonra yaranır, bir neçə saat ərzində, maksimum 2-3 gündən sonra sönür.