Diqqət əksikliyi və hiperaktivlik sindromu

Xüsusilə məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarda özünü göstərən diqqət əksikliyi və hiperaktivlik sindromu (“artıq fiziki aktivlik”) uşağın özünü idarə etməsini və konkret bir mövzu üzərində mərkəzləşməsini çətinləşdirir. Təlimatları sona qədər dinləməmək, diqqəti fokuslamada çətinlik, səliqəsiz və dağınıq xarici görünüş; kitab oxumaq, dərslərlə məşğul olma kimi uzun müddət zehni fəaliyyət tələb edən işləri görə bilməmək, unutqanlıq, sevdiyi işləri edərkən belə marağın başqa obyektə tez keçməsi kimi göstəriciləri var. Sürətlə və sistemsiz danışmaq, yerli-yersiz zamanlarda qaçma, tullanma, yerində dayana bilməmək kimi davranışlar edir. Diqqət çatışmazlığı və hiperaktivlik sindromu təkcə uşaqlarda deyil böyüklərdə də özünü göstərə bilər. Düzgün müdaxilə ilə korreksiya edilir.