Fobiya

Əsas və üstünlük təşkil edən əlaməti- real bir təhlükə ifadə etməyən müəyyən situasiyaların kəskin qorxu reaksiyalarına səbəb olmasıdır. Nəticədə insan adətən belə situasiyalardan qaçır və ya ehtiyat edir. Məsələn, itdən, pişikdən, sudan, qapalı məkanlardan, hər hansısa həşaratdan, insanlar qarşısında çıxış etməkdən, yeni tanışlıqlardan və s. hallarda qorxu hissi keçirmək buna aid edilə bilər. Narahatlıq qorxudan titrəmə və ya özündən getmə kimi ayrı– ayrı əlamətlərdə özünü göstərir və tez–tez ölümdən qorxma özünü idarə etməni itirmə ilə və ya dəli olma düşüncəsi ilə assosiasiya olunur. Bəzən “yenə həmin vəziyyətə düşərəm”, “yenə qorxaram” kimi fikirlərin təsiri altında aktual situasiya olmadan belə eyni dərəcədə təşvişdən əziyyət çəkirlər. Fobik həyəcan və depressiya tez-tez müştərək rast gəlinir.