Yuxu, yemək kimi fizioloji ehtiyaclarımız qədər cinsəllik də anadangəlmə psixofizioloji ehtiyacımızdır. Cütlüklər və ər-arvad arasındakı münasibətə və xoşbəxtliyə təsir edən əsas amillərdən biri davamlı və sağlam intim münasibətdir. Müxtəlif səbəblərdən tərəflərdən birində və ya hər ikisində yaranan intim münasibətlərdəki problemlər, aralarındakı münasibətə mənfi təsir göstərir. Bir çox hallarda, cinsi problemlər psixoloji səbəblərdən qaynaqlanır. Cütlük münasibətlərinin 3 komponenti olan, emosional, intim və məişət münasibətlərindən hər hansı birində yaranmış problem digərlərinə də təsir edir. Odur ki, psixoloji dəstək alaraq yaranan problemlərə kompleks yanaşıb münasibəti bərpa etmək mümkündür.