Davranış pozuntusu

Ünsiyyətsiz və ya impulsiv davranışın davamlı təkrarlanması ilə xarakterizə olunan pozuntudur. Bunlar sosial cəhətdən yaşa uyğun normaların pozuntuları, eləcə də hərəkət meyillərinin zərərlilik meyarına görə qiymətləndirə bilməmək və onlara nəzarət edə bilməmək formalarında təzahür olunur. Uşaq və yeniyetmələrə xas olan intizamsızlıqdan daha ağır və uzunmüddətli olması (6 ay və daha çox) ilə fərqlənir. Əsas davranışlar davakarlıqdan, əmlakı xarab etmədən, insan və heyvanlara qarşı sərt davranmaqdan, oğurluqdan, yanğın törətməkdən, yalan danışmaqdan, əsəbilikdən, dərs və evdən yayınmaqdan ibarətdir.