Abituriyentlərə psixoloji dəstək

Ali məktəblərə qəbul imtahanları ərəfəsində həm abituryentlərin, həm də valideynlərin həyəcanı artır. Həmin ərəfədə imtahana bilik hazırlığı qədər psixoloji hazırlıq da önəmlidir. Bu vəziyyət imtahanöncəsi stres, ürək döyüntüsünün artması, təşviş və digər əlamətlərlə özünü biruzə verir. Çox vaxt həddən artıq stres keçirən abituriyentin stres səbəbiylə imtahanda əldə etdiyi nəticələr heç də bilikləri ilə uyğun gəlmir. Bu cür həyəcan keçirən insana psixoloji amillər təsir göstərdiyi üçün imtahan vaxtı bütün potensialını ortaya qoya bilmir. Psixoloji dəstək fərdi və məktəbdəki, həmçinin qarşıdakı imtahanlarla bağlı narahatlıq səviyyəsinin azalmasına, stresə qarşı müvazinətliliyin güclənməsinə, özünə inamın və özünü idarəetmə bacarıqlarının inkişaf etməsinə, nəticə etibariylə, imtahanda abituriyentin potensialını tam ortaya qoymasına kömək edir.