Panik atak

Ədəbiyyatda vəlvələ pozuntusu [epizodik paroksizmal həyəcanlılıq] kimi gedən bu problemin əsas xüsusiyyəti konkret hansısa situasiya ilə və ya şərait kompleksi ilə məhdudlaşmayan, buna görə də qabaqcadan deyilə bilməyən təkrarlanan kəskin ifadə olunmuş təlaş (panika, vəlvələ) tutmalarıdır. Təşviş pozuntularının digər növlərində olduğu kimi, panik ataklar zamanı da qəflətən meydana çıxan ürək döyünmə, döş sümüyü arxasında ağrı, boğulma, ürəkbulanma hissiyyatı, qeyri-reallıq hissi ola bilir. İkincili əlamət kimi, ölümdən, özü üzərində kontrolu itirməkdən və ya dəli olmaqdan (ağlını itirməkdən) qorxu müşahidə olunur. Bəzən (yüngül və orta səviyyəli) depressiyadan illərlə əziyyət çəkən insanlarda panika tutmaları sanki “birdən” başlamış kimi nəzərdən keçirilir. Halbuki, təşviş və təlaş formasında üzə çıxan bu somatlaşmışəlamətlər uzun zehində diqqətə layiq görülməyən və ya işlənilməyən qeyri-adaptiv düşüncə və yaşantıların fəsadı kimi ortaya çıxır. Belə narahatlıqları olan insanlar, bir qayda olaraq, panik atakların səmərəli psixoloji müalicəsi haqqında məlumatlı olduqda, yardım üçün daha inamla müraciət edirlər.