Mutizm

Uşaq və ya gəncin danışa bildiyi halda özünə yad olan mühitlərdə danışmaqdan imtina etməsi, danışdığı mühitlərə seçici davranmasıdır. Hər hansısa nitq problemindən və ya dil fərqliliyindən asılı olmayaraq, uşaq ya ancaq seçdiyi insanlarla danışır, ya da ümumiyyətlə danışmaqdan imtina edir. Bu problem uşaqlarda bir çox halda psixoloji travmalardan və ya valideynlərin mükəmməlliyyətçi tərbiyə stilindən yaranır. Bu hallarda vaxt itirmədən mütəxəssisə müraciət edərək uşağın təşvişini azaltmaq, öz güvənini yüksəltmək və sosial vəziyyətlərdə rahatlamasına istiqamətlənmiş terapiyaya cəlb etmək zəruridir. Erkən müdaxilə edilmədiyi halda özünə inamın çatışmazlığı, depresiyaya meyillilik, sosial bacarıqların olmaması, təlimdə uğursuzluq və s. ilə nəticələnə bilər.