Yuxu pozuntuları

Uzun zaman ərzində davam edən, müddəti və keyfiyyəti baxımından yetərli olmayan yuxu, yuxuya getmədə çətinliklər, yatma zamanı çətinliklər, erkən tam oyanma halları bu qrupa aiddir. Eləcə də, gecələr gəzmə kimi müşahidə etdiyimiz somnambulizm düşüncənin alaqaranlıq halı kimi səciyyələndirilən yarı-oyanıq, yarı-qapalı pozuntusu bu qrupa aiddir. 

Bəzən vahiməli yuxulara da rast gəlinir. Yuxugörmənin məzmunu təkrarlanır, qışqıraraq, qaçaraq reaksiyalar verilir. Qorxulu yuxular zamanı isə kifayət qədər tez-tez eyni, oxşar qorxulu yuxuların təkrarlanması müşahidə olunur. 

Təhsil və iş rejimi ilə bağlı rast gəlinən yuxu problemlərinə sirkad yuxu rejiminin pozulmasını aid edə bilərik. Günlük yuxu ehtiyacının ödənilməsi baxımdan yuxu rejiminə və oyaq olmaq lazım olan saatlarda yetərincə gümrah ola bilməmə problemləri yaşayan insanların da əsasən psixoloji problemlərini nəzərdən keçirməsi və mütəxəssislə görüşməsi lazım ola bilər.