Əqli geriliyin əsas əlaməti uşağın intellektinin aşağı olmasıdır. İntellektin dərəcəsindən asılı olaraq, əqli gerilik yüngül, orta və ağır formalara bölünür. İntellektin ümumi səviyyəsini müəyyən edən (qavrama, nitq, motorika və s.) və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan ləngimə halı və ya natamam əqli inkişafdır. Əqli gerilik digər psixi pozuntu və fiziki xəstəlik fonunda və ya onsuz meydana çıxa bilər. Fiziki inkişafla əqli imkanlar üst-üstə düşmədiyi üçün üzərində işlənilib korreksiya edilməlidir.
Psixologiya və İnkişaf Mərkəzi