Psixi İnkişaf Ləngiməsi (PİL)

Psixi inkişaf ləngiməsi (PİL) psixi funksiyaların yetişməsinin ləngiməsi və psixi funksiyaların yaş normalarından geri qalması nəticəsində, uşaqların öz yaşıdlarından psixi inkişaf cəhətdən ləngiməsidir. PİL erkən yaşlardan inkişaf etməyə başlayır, uşaq böyüdükcə əlamətlərdə azalmalar müşahidə edilir. Əlamətləri əsasən, məktəbəqədər və məktəb dövründə özünü biruzə verir. Psixi inkişaf ləngiməsi tam və ya qismən ola bilər. Onlarda bəzi psixi proseslərin və funksiyaların ləng inkişafı müşahidə edilir. Erkən müdaxilə və mütəxəssislərlə birlikdə işləmə, psixi inkişaf ləngiməsinin korreksiyasında yaxşı nəticələr əldə etməyə kömək edir. Əgər PİL – nin təzahürləri böyük məktəbəqədər və yeniyetmə yaş dövründə özünü biruzə verirsə, bu əqli geriliyin mövcudluğunu göstərə bilər.