Posttravmatik stress

İnsanların yaşadığı xüsusi ilə təhlükəli və ya faciəli xarakterli hadisələrə təxirə salınmış və ya yubanmış cavab reaksiyasıdır. Həmin hadisə ilə bağlı epizodların təkrar-təkrar xatırlanması, bundan narahat olma, sıxıntı, tərləmə, titrəmə, nəfəs ala bilməmək kimi hallarla müşayiət olunur. Bəzən bu hal o qədər real yaşanır ki, insan o ana uyğun davranır. İş və sosial həyata ciddi şəkildə təsir etdiyi üçün psixoterapiya və ehtiyac yarandığı təqdirdə dərman müalicəsi (müvafiq mütəxəssisin təyin etdiyi) ilə aradan qaldırılması zəruri hal alır.