Günümüzdə müştəriyə xidmət göstərən şirkətlər üçün müştəri ehtiyaclarını müəyyən etmək, müştəri ilə əlaqə bacarıqlarını inkişaf etdirmək çox önəmlidir. Hər bir müştəriyə fərdi yanaşaraq, onların aşkar və gizli müqavimətini dəf edib, uğurlu ünsiyyət qurmaq və daha yaxşı satış etmək mümkündür. Bunu “Müşəri tanıma bacarıqları” təlimləri vasitəsilə etmək olar. Bu təlimlərdə qazanılan bacarıqlar sizə və qurumunuza təqdimat, satış zamanı və satışdan sonrakı etirazlarla işləyərək uğurlu nəticə əldə etməyə və rəqabətə davam gətirməyə kömək edəcək.
Təlim proqramı əhatə edir:
–Müştərini qarşılama formaları
-Müsbət imicin yaradılması
-Ünsiyyət maneələri
-Psixoloji manipulyasiya metodları
-Peşəkar ünsiyyətin etik prinsipləri
-Müştəri itirməyə səbəb olan yalnış davranışlar
-Satış və satışdan sonar etirazlarla işləmə qaydaları