Komanda quruculuğu

İşçilərin potensialını bilmək və onları düzgün yönəltmək  komanda olmaq üçün uğurun əsas alətlərindəndir. İdarəetmə və komanda qura bilmə – işləri planlı şəkildə təşkil edib, məqsədə çatmaq üçün xüsusi ardıcıllığın (alqoritmin) saxlanılmasını təmin edə bilmək potensialını göstərir. Komanda üzvlərinin və işin psixoloji xüsusiyyətlərini bilmək sizi həmişə bir addım öndə saxlayacaq.

 

Təlim proqramı əhatə edir:

-İnsanlar niyə qruplara qoşulur?
-Qruplar insanlara necə təsir edir?
-Komanda və kollektiv arasındakı fərqlər
-Niyə komanda olmalıyıq?—Komanda bacarıqları
-Komanda quruculuğunun pillələri
-Komandanın formalaşmasına mane olan amillər
-Düzgün iş bölgüsünün aparılması
-Komandada konfliktlərlə mübarizə
-Komanda ruhunun yaradılması