Müştəri məmnuniyyətinin əsas şərtləri

Hər hansı bir şirkətin səmərəliliyinin əsas şərti və onun inkişafında həlledici amil müştəri məmnuniyyətidir. Bu, istehsalçı və istehlakçı arasındakı münasibətlərin keyfiyyətini qiymətləndirmək üçün bir meyardır. “Müştəri məmnuniyyətinin əsas şərtləri” təlimlərində müştəriyə diqqət, sədaqət, etibar, müştərilərin gözləntilərinin idarə edərək, məmnunluq üçün vacib komponentlərin və texnikalar öyrədilir. Təlimlərdə qazanılan bacarıqlar müştərilərlə işləyən əməkdaşların daha keyfiyyətli xidmət etməsinə şərait yaradacaq.

Təlimin proqramı

-Müştəri məmnuniyyəti nədir?
-Müştəri kimdir və nə istəyir?
-Keçmişin müştərisi ilə bu günün müştərisi arasındakı fərqlər.
-Qarşılama və özünü təqdim etmə
-Müsbət imicin əhəmiyyəti
-İlkin təəssüratın önəmi
-Bədən dili, jestlər və mimikaların müştəri məmnunluğuna təsiri
-Müştərinin gözləntilərinin qarşılanması