Yeniyetmə övladınızla münasibətlərinizin yaxşı və ya çətin olmasına baxmayaraq, onu sevdiyinizi və ona dəstək verdiyinizi, çətin vaxtlardan keçmək üçün kömək edə biləcəyinizi və həmişə onun yanında olacağınızı göstərmək vacibdir.
Yeniyetmə övladınızla "işlərin necədir?" mövzusunda söhbət etdiyiniz zaman, ona həmişə yanında olacağınızı göstərmək üçün nəzərdə saxlanılası dörd məqam.

1.    Onları hisslərini paylaşmağa təşviq edin

  • - Yeniyetmə övladınızla ünsiyyət üçün yollar tapın. Uşağınızdan günü necə keçdiyini və nə etdiklərini soruşun. Məsələn, nahar hazırlanması işində uşağınızı sizə qoşulmağa dəvət edib, birgə vaxtdan istifadə edərək, günü necə keçirdiyinə dair onunla söhbət edə bilərsiz.
  • - Heç bir şeyə baxmayaraq, həmişə uşaqlarınızın yanında olduğunuzu, nə hiss etdiklərini və nə düşündüklərini eşitmək istədiyinizi onlara xatırladın. Bir neçə sadə həvəsləndirici söz, uşaqlarınıza, öz hisslərini sizinlə bölüşmək üçün özlərini rahat hiss etməklərinə kömək edə bilər.
  • - Onların keçirdiyi ehtimal edilən emosiyaları qəbul etmək və anlamaq vacibdir, hətta bu müəyyən diskomfort hiss yaratsa belə. Onlar sizə açılanda, siz "səni başa düşürəm", “bu çətin bir vəziyyət kimi səslənir” və ya "dediklərin ağlabatandır" deyə cavab verə bilərsiz.
  • - Yeniyetmə övladınızın sizin xoşunuza gəlməyən hərəkətləri etdiyinə fikir vermək asandır. Lakin, siz həmçinin, onun müsbət hərkətlərinin də fərqinə varmağa və tərifləməyə çalışın – bu, hətta özündən sonra hər-hansı bir yeri təmizləmək qədər sadə bir iş olsa belə. 

 

 

2.    Onlara dəstək olmaq üçün vaxt ayırın

  • - Yeni gündəlik rejimlərin və nail olunması mümkün olan gündəlik məqsədlərin yaradılması üzərində birlikdə çalışın. Məktəbdə verilən tapşırıqları ev işlərilə uyğunlaşdıra bilərsiz və ya məsələn, nahardan öncə ev tapşırığını tamamlamaq hədəfini təyin edə bilərsiniz.
  • - Yeniyetməlik, müstəqillik deməkdir! Yeniyetmə övladınıza müvafiq qədər vaxt və məkan ayırmağa çalışın ki, özü sərbəst olsun. Fərdi məkana ehtiyac böyümənin normal bir hissəsidir.
  • - Yeniyetmə övladınızı məktəb tapşırıqlarına, ev işlərinə və ya digər məşğul olduğu fəaliyyətlərə ara verib fasilə etməyə və xoşuna gəldiyi işlərlə məşğul olmağa təşviq  və dəstək yollarını tapın. Yeniyetmə övladınızda məyusluq hissi varsa, problemlərin həll yollarını tapmaq üçün onunla birlikdə beyin fırtınası keçirin. Çalışın ki, onun üzərində hakimlik etməyəsiz və hansı addım atmaq lazım olduğunu diktə etməyəsiz.

 

3.    Münaqişələri birlikdə yoluna qoyun

  • - Yeniyetmə övladınızın fikirlərini dinləyin və münaqişəni sakit şəkildə həll etməyə çalışın. Unutmayın ki, hər kəs stress yaşaya bilər!
  • - Heç vaxt qəzəbli halda problemi müzakirə etməyin. Uzaqlaşın, nəfəs alın və sakitləşin — daha sonra yeniyetmə övladınızla bu barədə danışa bilərsiniz.
  • - Hakimlik uğrunda mübarizədən çəkinin. İndi, dünyada hadisələr gözlənilməz şəkildə cərəyan edir və seçim imkanları göründüyü kimi məhduddur və yeniyetmələr vəziyyətə nəzarət etməkdə əziyyət çəkirlər. Hal-hazırda nə qədər çətin olsa da, yeniyetmə övlladlarınıza qarşı müqavimət göstərməyə və ya onlara hakimlik etməyə çalışmayın, əksinə, bu qorxulu zəmanədə nəzarəti əldə saxlamaq arzularına empatiya ilə yanaşın.
  • - Yeniyetmə övladınızla dürüst və səmimi olun: sizin də əlavə stress yaşadığınızı onlara bildirə bilərsiniz. Öz çətin hisslərinizlə necə məşğul olduğunuzu göstərməklə, onların duyğularının yaxşı olduğunu anlamaqda kömək edə bilərsiniz. Öz çətin hisslərinizin öhdəsindən necə gəldiyinizi göstərməklə siz, yeniyetmə övladlarınıza, onların da keçirdiyi duyğuların normal olduğunu anlamaqda kömək edə bilərsiniz.
  • - Münaqişə yarandıqda, sizin və yeniyetmə övladınızın onu necə həll edə biləcəyiniz haqqında düşünməyə vaxt ayırın. Bu düşüncələri sonradan yeniyetmə övladınızla müzakirə edə bilərsiniz ki, o da fikirlərinizin beyninizdə necə təşəkkül tapdığını anlaya bilsin.

 

4.    Öz qeydinizə qalın

Tərbiyəçilərin işi çox olur. Sizin də qayğıya və dəstəyə ehtiyacınız var. Özünüzə qayğı yeniyetmə övladınız üçün də müsbət təcrübə modelidir.

  • - Əgər özünüzü həddindən artıq yüklənmiş hiss edirsinizsə digər insanlardan yardım istəməyi ləngitməyin. Özünüzü bu şəkildə hiss etməyiniz normal və anlaşılandır. Bu barədə söhbət edə biləcəyiniz ailə üzvü və ya digər bir insan tapın.
  • - Öz şəxsi əlaqələrinizə vaxt ayırın. Hisslərinizi və təcrübələrinizi paylaşa biləcəyiniz insanları tapmağa çalışın. Hisslərinizi yoxlamaq üçün hər gün o insanlarla ünsiyyətə vaxt ayırın.
  • - Gün ərzində stressin öhdəsindən gəlməyə və onu idarə etməyə kömək edən məşğuliyyətlərə vaxt ayırın. Günümüzün ağır olub-olmamasından asılı olmayaraq, özümüzə qayğı göstərmək üçün vaxt ayırmağın, rifahımız üçün çox vacib olduğunu hamımız bilirik. Xoşunuza gələn məşğuliyyətlər və ya gündəlik həyatınızdan istirahət üçün bir neçə dəqiqə ayırmağınız sizi rahatlada və enerji ilə qüvvətləndirə bilər.
  • - Çətinliklərin öhdəsindən gəlmək üçün sizə uyğun olan müxtəlif müsbət strategiyaları sınayın. Bu strategiyalara dair bəzi ideyalar: fiziki təmrinlər; dostlar ilə söhbət; görüləcək işlərin siyahıya alınması və ya öncədən planlaşdırması; gündəlik fəaliyyət rejiminin və strukturunun saxlanılması; sizin minnətdar olduğunuz və ya fəxr etdiyiniz məqamların refleksiyası; vaxtınızı musiqi, rəssamlıq, rəqs və şəxsi gündəliyin tutulması kimi xoşladığınız məşğuliyyətlərlə keçirməyiniz.




    Mənbə:
    Unicef.org