Məmnun hiss etməyin 10 üsulu
Demək olar ki hər gün, yeni elmi materiallarda məmnun hissetmək və bunu başqalarına ifadə etməyin faydaları göstərilir.
Məmnuniyyət hissinin gündəlik həyatımızdakı 12 faydası
İnsanlar bütün neqativlikləri geridə qoyub özlərində məmnunluq hissini inkişaf etdirdikdə bir çox faydalı xüsusiyyətlərə nail olurlar:
- Yüksək enerji
- Yaxşı yuxu rejimi
- Gümrahlıq
- Yüksək həvəs və maraq
- Optimizm
- Dərin empatiya hissi
- Populyarlıq
- Müxtəlif sahələrdə yüksək müvəffəqiyyətlik göstəricisi (peşəkar və akademik nailiyyətlər, pul qazanmaq, dostluq, valideynlik, münasibətlərin qurulması)
- Dayanıqlılıq, çətinlikləri aradan qaldırmaqda yüksək əzmkarlıq
- Artan fərqindəlik
- Dərin məmnuniyyət hissi
- Xoşbəxtlik
Məmnuniyyət hissini ailə həyatınıza daxil etməyin 10 üsulu
Valideynliklə bağlı digər hər şeydə olduğu kimi, övladınıza məmnuniyyət hissini də aşılamağın ən yaxşı üsulu, özünüzün bu hissə sahib olmağınızdır. Bununla yanaşı, övladınıza məmnun hiss etməyin faydalarını öyrətmək üçün bir sıra yollar vardır.
1.Təşəkkür edin. Övladınıza həyatınızdakı varlığı üçün xoşbəxt olduğunuzu, bundan əlavə eviniz, işiniz, dostlarınız və bəyəndiyiniz digər şeylərə qarşı olan məmnunluğunuzu göstərin.Sizə kömək edən, yaxud həyatınızı zənginləşdirən hər kəsə - supermarketdəki kassirə, məktəbdəki mühafizəçiyə, hətta sizə yol verən sürücüyə də təşəkkür edin.
2. İndiki anın gözəlliyinə fokuslanın. Həyatda olduğunuz hər anı dəyərləndirin. Ətrafınızdakı insanlarda və dünyada, yaxşı yaxud gözəl olan şeylərə nəzər salın. Məsələn, övladınızla gəzintiyə çıxarkən və onunla birlikdə qonşuluğunuzdakı insanların həyatlarının müxtəlifliyinə diqqət yetirin.
3. Mümkün olduqca “hə” deyin. Övladınızı tənqid edərkən belə onun pozitiv və sizinlə əməkdaşlıq etmək istəməsinə səbəb olacaq şəkildə davranın. Bu davranışları 10 qat daha artıq təkrarlamağı hədəfləyin.
4. Sağlamlığa yaxşı təsir göstərəcək rejim qurun və ona əməl edin. Eynilə böyüklər kimi, uşaqları da ac və yorğun olduqda, üşüdükdə, çox hərəkətsiz qaldıqda yaxud ekran qarşısında çox zaman keçirdikdə, məmnun etmək çətinləşir. Odur ki, övladınıza, içərisinə yemək və meyvə saatı, isinmə hərəkətləri, oyun və açıq hava saatı həmçinin, istirahət zamanı da daxil olmaqla faydalı bir rejim qurmanız məqsədəuyğundur.
5. Məsuliyyətlə yüklənməyin gətirdiyi neqativlikləri məmnuniyyətə çevirin. Neqativ hadisələr hər şeyə olduğu kimi ailə həyatına da öz təsirini göstərir. Xoşbəxtlikdən, neqativlik beynimizin məhsulu olduğu üçün onu dəyişdirmək mümkündür. Yardım göstərilməsi ilə, hətta ən qəzəbli yeniyetmə belə başqaları, xüsusən də ailəsi tərəfindən davranışları ilə təqdir edilən bir şəxsə çevrilə bilər. Təsirli bir yanaşma üsulu, uşaqlarda və yetkin şəxslərdə neqativliyə yol açan məsuliyyət hissini, məmnuniyyət hissinə çevirməyə kömək edəcəkdir.
6. Məmnuniyyət duyduğunuz hadisələri gündəliyinizə yazmağa başlayın. Təcrübələriniz, insanlar və yaxud məmnunluq duyduğunuz şeylər haqqında yazacağınız xüsusi bir dəftər ayırın. Bu dəftərə qısa və ya uzun yazılar yaza bilər, şəkil və sözlərlə əlavələr edə bilərsiniz. Onlar sizin üçün böyük olan hadisələri, məsələn ailəyə gələcək yeni uşağı, həll olunan böyük bir maddi çətinliyi, və yaxud, dadını bəyəndiyiniz bir yemək, hamını güldürən xoş bir zarafat kimi sadə təcrübələri də əhatə edə bilər. Dəftəri bütün ailənin baxa biləcəyi bir yerdə saxlayın və ailə üzvlərinizi öz təcrübələrini bu dəftərə əlavə etməyə dəvət edin. Övladınıza yaşından və xarakterindəndən asılı olaraq, öz şəxsi məmnunluq və təcrübələrini qeyd etmək üçün xüsusi bir dəftər verə bilərsiniz.
7. Məmnunluğunuzu fərqindəlik (mindfulness) təcrübəsi kimi düşünün. Məmnunluq hissi sizin diqqətinizi dünyadakı neqativ olan şeylərdən, pozitiv olanlara tərəf çevirir. Bu beyninizin kimyasına və sosial mühitinizə müsbət təsir göstərir. Məmnuniyyət hissinə sahib olan insanlar, zaman keçdikcə özlərini xoşbəxt hiss etmək üçün daha çox səbəb tapırlar.
8. Övladınıza məmnuniyyətini ifadə etməyi öyrədin. İnsanlar məmnuniyyətlərinin mənbəsinə diqqət etmək üçün zaman ayırdıqda, problemləri idarə edə bilmə potensialları artır. Övladınıza “təşəkkür edirəm” deməyin istəyə bağlı olmadığını öyrədin. Təşəkkür etmək üçün daha çox səbəb tapmalarına kömək edin.
9. Övladınızın öz uğurlarına və xoşbəxt anlarına sahib çıxmasına kömək edin. Övladınız hər hansısa bir nailiyyətinə görə özünü yaxşı hiss etdiyində, dostları ilə yaxşı vaxt keçirdikdə, və ya başqa bir pozitiv hadisə yaşadığı zaman ondan, bütün bu yaxşı şeylərə nə kimi töhfə verdiyini düşünməsini xahiş edin. Onlara, yaxşı şeylər baş verdikdə bizim də bu və ya digər şəkildə həmin hadisəyə töhfə verdiyimizi izah edin. Övladınız öz təcrübələrinin aktiv iştirakçısı olduğunu dərk edərkən, getdikcə daha çox məmnuniyyət duyacağı təcrübələri təmin etməyə çalışacaq. Məmnuniyyət hissinin verdiyi bütün faydalarla yanaşı, onlarda rifahın artdığının da şahidi olacaqsınız.
10. Yatmazdan əvvəl günün hədiyyələri haqqında düşünün. Yatmazdan öncəki bütün prosesləri tamamladıqdan və övladınızı rahat şəkildə yatağına yatızdırdıqdan sonra, onunla bir neçə dəqiqə oturun və gün ərzində hər ikinizi xoşbəxt edən şeyləri nəzərdən keçirin. Bəlkə həmin gün sağlam qidalandığınız yaxud yatmaq üçün isti yatağınız olduğu üçün xoşbəxt hiss edirsiniz. Bəlkə övladınız məktəbdəki bir layihədə yaxşı nəticə göstərib, uğur və müvəffəqiyyət qazandığı üçün çox xoşbəxt və məmnun hiss edir. Bəlkə də, xəstəlikdən sonra artıq özünüzü daha yaxşı hiss etdirsiniz və sağlam olduğunuz üçün sevinclisiniz. Bu danışığı övladınıza, həyatınızdakı varlığı üçün nə qədər minnətdar olduğunuzu deyərək sonlandırın. Övladınızda sevdiyiniz şeyləri dilə gətirərək, onun daha rahat yatmasına və özünü daha xoşbəxt hiss etməsinə kömək etmiş olacaqsınız.
Hal-hazırda həyatınızda nə qədər çətinliyinizin olmasına baxmayaraq, özünüz üçün məmnuniyyət mənbələrini tapa bilərsiniz. Oprah Winfrey’in dediyi kimi, “Bu gün həyatınızı dəyişdirmək üçün edə biləcəyiniz ən böyük şey, hazırda sahib olduqlarınıza görə təşəkkür etməyə başlamaqdır. Və siz nə qədər çox məmnunsunuzsa, bir o qədər artığını əldə edəcəksiniz.”