Tədqiqatlar insanların böyük əksəriyyətinin (təqribən 97%-nin) sirri olduğunu və orta hesabla 13-dən çox sirri olduğunu göstərir.

İnsanlar əsasən nələri sirr olaraq saxlayırlar? Bu siyahı bir qədər uzundur.

İnsanlar adətən mübahisəli inanc və fəaliyyətləri, qeyri-adi davranışları, son dərəcə şəxsi olan təcrübələri, cinsi kimlik və oriyentasiyalarını, hamiləlik və abort kimi məsələləri, romantik münasibətlərini, sürpriz planlarını, sədaqətsizlik yaxud aldatma kimi düşüncələri, münasibətdə xoşbəxt olmadıqlarını, psixi sağlamlıq problemləri və travmaları, narkomaniya və asılılıq kimi problemləri, bədənləri ilə bağlı komplekslərini, maliyyə sıxıntılarını və s. kimi məsələləri sirr olaraq saxlamağa meyl göstərirlər.

Təbii ki, bu sirrlərdən bəzilərini paylaşmaq digərlərini paylaşmaqdan daha ciddi nəticələrə səbəb ola bilər. Məsələn, bir iş yoldaşının özünəməxsus yemək seçimlərini, işə olan həvəsini və ya şəxsi hobbilərini kiminləsə bölüşmək, onun intihar və ya mağazadan oğurluq etmək kimi meyllərini bölüşməkdən daha az əhəmiyyətə malikdir.

Bəs insanlar ən önəmli sirrlərini bölüşmək üçün kimə etibar edirlər? Və sirlərini bölüşmək şəxsin özünə və sirdaşına psixoloji olaraq necə təsir edir?

Sirlərini başqaları ilə bölüşmək

İlk olaraq gəlin sirr verməyin nə demək olduğunu açıqlayaq. Sirr vermək bir və ya daha çox insandan gizlədilən bir məlumatın başqa biri ilə bölüşülməsi deməkdir.

Bu səbəbdən kiməsə sirr vermək aşağıdakı mövzulardan fərqlənir:

  • -Öz həyatının məhrəm detallarını paylaşmaq.
  • -Hiss etdiyi güclü emosiyaları paylaşmaq.
  • -Etiraf, yanlış davranışla bağlı olan məlumatın, məlumatın qəsdən gizlədildiyi şəxsə açıqlanması.

İnsanlar sirrlərin paylaşılıb paylaşılmamasına necə qərar verirlər?

İnsanlar buna, beyinlərində paylaşmanın risklərini və faydaları ölçməklə qərar verirlər.

Faydalara məsləhət, sosial cəhətdən dəstək və yardım daxildir.

Risklərə isə məlumatların ictimailəşməsi, kimin deməsinin ortaya çıxması və onun bu səbəblə mühakimə olunması, günahlandırılması, utandırılması, və ya rədd edilməsi daxildir. Bu kimi mənfi hallar özgüvəni aşağı və utancaq insanlarla sirləri xoş olmayan yaxud pis davranışlardan ibarət olan insanlar üçün daha çox risk ehtiva edir.

Biz kimə güvənirik?

Biz adətən ürəyimizi yaxşı dinləyici olan, diqqət göstərən (məsələn, mövzu ilə bağlı əlavə suallar verməklə) və kömək təklif edən, diqqətli, anlayışlı, səmimi və şəfqətli insanlara açırıq.

Sirdaşımız şəfqət və həssaslıq nümayiş etdirikdə, yardım göstərdikdə və ya sosial dəstək təklif etdikdə, sirrini danışan şəxs həmin sirri paylaşdığı üçün özünü daha yaxşı hiss edir, problemin öhdəsindən daha səmərəli gəlir və daha yaxşı psixi sağlamlıq və rifaha sahib olur.

Qeyd edək ki, sirlərin paylaşılması ilə münasibətdəki yaxınlıq arasında ikitərəfli əlaqə var: Sirrlərimizi yaxın hiss etdiyimiz insanlara açdıqda daha güvəndə hiss edirik və bu  həmin şəxslərlə münasibətimizi daha da dərinləşdirir, bu da daha sonra digər sirləri paylaşmağı asanlaşdırır.

Bəs kimlərə güvənmirik?

Biz nadir hallarda sirrlərimizi nəzakətli insanlarla paylaşırıq. Bəlkə də bunun səbəbi, nəzakətli insanların bizə başqalarının sıxıntı və problemlərindən daha çox sosial qaydalar və normalarla maraqlanırmış kimi görünmələridir.

Əlavə olaraq, ola bilsin ki çətinlik və əzab-əziyyətlə bağlı daha az təcrübələrə sahib olduqları və ciddi mövzularda kiməsə yardım etməyə daha az istəkli olduqları ehtimalına əsasən, həvəsli yaxud  şən insanlara da güvənmirik.

Biz sirrlərimizi sirr saxlamağa qadir olan, lakin saxlamaq istəməyən insanlarla da paylaşmırıq. Bir insan niyə sirr saxlamağı istəməz ki? Çünki bu, xüsusi olaraq sirdaşına çox yaxın olan və eyni əhatə dairəsinə sahib olan insan üçün emosional və psixoloji yük ola bilər (məsələn, insanın ifadə azadlığını məhdudlaşdıra bilər).

Sirri paylaşmağı xarakterizə edən inam və dürüstlük sirdaşın özünü daha önəmli, dəyərli və güclü hiss etməsinə səbəb ola bilər.

Başqalarının sirlərini açmaq

Sirr saxlamaq risklidir. Araşdırmalarla öyrənilmişdir ki, paylaşılan sirlərin dörddə biri saxlanılmır.

Sirri bilən insanlar nə vaxt həmin sirləri açır?

Bu kimi hallara iki tərəf arasındakı əlaqədə problem olduqda, yaxud, paylaşılan sirrin pis olaraq qəbul edilməsi ilə, sirri saxlayan insanda ikrah, qəzəb və nifrət hisslərinin əmələ gəlməsi nəticəsində rast gəlinir.  Həqiqətən də, hər hansı bir şəxsin əməlləri haqqında başqalarını xəbərdar etmək, nüfuzuna xələl gətirmək, xoş olmayan bir sirri açmaq, günahkar hesan olunan şəxsi cəzalandırmağın bir yolu sayıla bilər.

Xülasə, sirdaş sirdaşına olan sədaqəti səbəbindən sirri saxlaya bilər və ya bu üçüncü insana qarşı olan yaxınlıq və dürüstlük səbəbindən məlumatı başqasına aça bilər.

Sirr saxlamaq və ya sirri bölüşmək

İnsanın ürəyini başqalarına açması sirrləri özündə saxlamaq vərdişi ilə müqayisədə, daha çox psixi sağlamlıq və daxili rifahın stabilləşməsinə səbəb ola bilir. Çünki, sirrin paylaşılması sosial və mənəvi dəstəyə səbəb olur. Əgər insanlara güvənirsinizsə, dəstək ala bilmə ehtimalınız daha yüksəkdir.

  • -Əgər sirrləriniz etdiyiniz yanlışla əlaqəlidirsə, sizi mühakimə etməyəcək olan, ikrah və əsəbləşmə ehtimalı daha az olan insanlar;
  • -Sədaqət və güvənlə bağlı yüksək dərəcədə yaxşı bir münasibətiniz olan insanları sirr bölüşmək üçün ən yaxşı şəxslər hesab edirik.

İnsanların sirlərini sizinlə paylaşma ehtimalını necə artırmaq olar? Daha çox aşağıdakı xüsusiyyətlərə sahib olmaqla artırmaq mümkündür:

  • -Diqqətcil
  • -İddialı
  • -Anlayışlı
  • -Səmimi
  • -Mühakimə etməyən
  • -Şəfqətli
  • -Kömək və dəstək təklif etməyə hazır olan
     

Özünüzdə bu və ya digər xarakter xüsusiyyətlərini (məsələn, bağışlamağı bacaran, cəsur, mehriban, məmnun, sevgi dolu, orijinal olmaq) inkişaf etdirmək xoşbəxtliyinizi artırmaq və psixi sağlamlığınızı yaxşılaşdırmaq kimi əlavə faydalara da malikdir.