Aqressiya və qorxunc davranışlar nümayiş etdirən filmlər izləyiciləri cəlbetdiyi qədər də, mütəxəsisslərin diqqətini cəlb edir. Yüksək həyəcan yaşadan film janrlarından qorxu və mistik filmləri daha çox seçilir. Qorxu filmləri bədii filmlər janrına aiddir. Əsas məqsədi izləyiciyə qorxu və təşviş yaşatmaq; neqativ mühit yaradaraq insan psixikasını uzun müddət gərgin saxlamaqdır. Kinolentdə gördüyümüz ölülər, zombilər, vampir və s. kimi obrazlar fantaziyamızı işə salır və şüuraltımızda olan obrazları canlandırır.
Panika, daxili narahatlıq, qorxu, təşviş və adrenalinin ifrazı spsixikamızın filmə verdiyi reaksiyalardır. Bu janr bizdə ölüm haqqında düşüncələr və fərqli fobiyalar yaradır. Sinir sisteminin bu cür gərginliyi nəinki psixikaya, eləcə də orqanizmə də mənfi təsir göstərir. Qorxu filmini izləyərkən insan beyni bu təhlükənin real olub-olmadığını qavramadığı üçün özünümüdafiə instinkti işə düşür. Yəni, real təhlükə qarşısında verdiyi eyni reaksiyanı(hormanların ifrazı, enerji sərfiyyatı) vermiş olur.
Qorxu filmini izləyən insanların psixikasında olan dəyişiklikləri müşahidə etmək üçün mütəxəsislər tərəfindən tədqiqat aparılmışdır. Nəticələrə əsasən, həmin şəxlər daha aqressiv olur, ekstimal şəraitdə zoraki metodlardan istifadə edir, konfilktə meyilli olur, yuxu rejimi pozulur, mənfi/müsbət davranışlar arasındakı sərhəd pozmuş olurlar.
Bəs neqativ hisslər keçirdiyimizə baxmayaraq niyə qorxu filmlərini sevirik?
Son illər ərzində insan həyatı daha rahat olduğu üçün insan orqanizmində adrenalin hormonunu kifayət qədər ifraz edilmir. Məhz bu səbəbdən insanlar bəzən qorxu filmi izləməyə üstünlük verirlər.
Mütəxəsislər kinoterapiya zamanı fobiya, sinir sisteminin dayanıqlılığı üçün qorxu filmlərindən metod kimi istifadə edirlər. Əyləncə üçün də olsa, qorxu filmlərini izləyərkən yaş xüsusiyyətlərini nəzərə almağınız tövsiyyə olunur.