Hər birimiz doğmalarımızın psixoloji xüsusiyyətləriylə maraqlanırıq. Onlardan aldığımız psixoloji informasiyaları gündəlik həyatımızda istifadə edə bilərik. Bu məlumatları tətbiq edəcəyimiz sahələrdən biri də hədiyyə seçimidir.
Bayram sürətlə yaxınlaşır və bir çoxumuz tezliklə yaxınlarımız, dostlarımız və ya həmkarlarımız üçün hədiyyə axtarışındayıq. Bəs bu barədə nə qədər məlumatlıyıq? Qısa vaxtda lazım olanı tapmaq üçün bir yol varmı? Hədiyyə seçmək niyə bu qədər çətindir?

 

Hədiyyə etmək üçün bir çox müsbət səbəbimiz var. Təkamül baxımından bu, xoş təəssürat yaratmaq, dəyərli hiss etdirmək və s. ola bilər.

İnsanlar alış-verişlərini öz cədvəlinə uyğunlaşdırmağa vaxt və ya hədiyyə seçə bilməyəndə bunu son günə saxlayırlar. Lazımsız təzyiq altında hiss edildiyindən, nəticədə mənalı bir hədiyyə düşünməyimizə daha az vaxt olur. Əslində bir az stress və təzyiq altında hiss etmək məhsuldarlıq üçün yaxşıdır, amma bu güman ki, bizi pis seçim etmək məcburiyyətində saxlayacaq.

Zamandan daha çox hədiyyə seçimi yaxınınızı nə qədər tanımağınızla bağlıdır. Qarşısındakı şəxsi yetərincə tanımadıqda adətən klassik hədiyyələrə üz tutulur. Və bu hədiyyələr şəxsin maraqlarına uyğun olmadığı üçün çox vaxt bu əşyalar istifadəsiz qalır. Amma doğmalara hədiyyə etməkdə məqsədimiz hər hansı əşya bağışlamaq deyil, həmin şəxsi dəyərli hiss etdirmək, xatirəsində xoş iz buraxmaqdır. Məhz bu səbəbdən onun nələri sevdiyini, arzularını hobbilərini, seçimlərini xatırlaya və bundan yararlana bilərik. Əks halda, hədiyyə sadəcə biz təqdim etdiyimiz üçün müvəqqəti dəyərli olacaqdır. Məs: siz kitab oxumağı çox sevirsiniz, dostunuz isə futbol oynamağı. Belə olan halda ona kitab deyil, futbolla bağlı hər hansı bir şey hədiyyə edə bilərsiniz. Xatırladaq ki, sizə adi görünən hər hansı hədiyyə belə doğmamızı dəyərli hiss etdirmək üçün kifayət edə bilər.