Yeniyetmələrdə kompyuter asılılığı fiziki və intellektual sağlamlığa zərər verməklə yanaşı, sinir sisteminə mənfi təsir göstərir. Asılılıq (addiksiya) – çətin idarə olunan neqativ, daxili vərdişdir. Yeniyetmələrdə kompyuter aslılığının yaranma səbəbləri:
1. Yaşıdları ilə ünsiyyətin olmaması;
2. Valideynləri tərəfindən diqqətin az olması;
3. Özgüvənsizlik, kompleks, utancaqlığın olması;
4. Yeni bir informasiyaya ehtiyacın olması;
5. Yaşıdlarıyla maraqlarının toqquşması;
6. Yaş xüsusiyyətinə uyğun fəaliyyət növünün qazana bilməməsi;
7. Özünüifadə etmə bacarıqlarının olmaması;
8. Ailədaxili konflikt olması və yavalideynlərin işdə daha çox vaxt keçirməsi.
Yeniyetmələrdə kompyuter aslılığının psixoloji simptomlarına kompyuter arxasında əhval-ruhiyyəsinin adi vaxtdan daha yüksək olması, oyunla keçirdiyi saatların hər dəfə artması, vaxt məhdudiyyəti qoyulduqda aqressiv reaksiyaların verilməsi, bu fəaliyyətlə bağlı valideynə yalan danışması, özünü ailə üzvlərindən izoliyasiya etməsi, təhsillə bağlı problemlərin yaranması aiddir.
Sosioloqlar tərəfindən aparılmış tədqiqatlara əsasən kompyuter asılığı daha çox 12-15 yaşlı yeniyetmələr arasında müşahidə olunur. Bu, oğlanlarda qızlara nisbətən 10 dəfə çoxdur.
Əgər yeniyetmələrdə kompyuter aslılığının yaranmasını müşahidə etmisinizsə, sizə tövsiyələrimiz:
1. Yeniyetmə ilə danışaraq, virtual fəaliyyətə marağının səbəbinin öyrənin. Əgər bu davranışın əsasında valideynin diqqətsizliyinin olduğunu müəyyən etdinizsə, yeniyetməyə dəstək olaraq, birlikdə edə biləcəyiniz fəaliyyət növü tapmağa çalışın;
2. Özünüi fadə etməklə bağlı çətinliyini öyrəndinizsə, ona motivasiya verərək dəstək ola bilərsiniz;
3. Kompyuter arxasında çox vaxt keçirməsini tənqid edərək bu situasiyanı problemə çevirməyin;
4. Ona əlavə fəaliyyət növü tapmasında yardım edin;
5. Kompyuter arxasında keçirəcəyi vaxtı məhdudlaşdıraraq ona qadağalar qoymayın, yaxşı davranışlarını mükafatlandırmaq üçün kompyuterdən istifadə etməyin;
6. Yeniyetmənin yaş xüsusiyyətləriylə bağlı dəyişiklikləri nəzərə alaraq, dəstək olmağa çalışın.
Əlavə məlumat və dəstək üçün psixoloqa müraciət edə bilərsiniz.
Bəs biz işlərimizi vaxtında bitirmək üçün nə edə bilərik?
Xaos effekti yaratmamaq üçün qərar qəbul etmə, işin təşkili və məlumatın saxlanması kimi vərdişlərin formalaşması üçün texnikalardan istifadə edə bilərik.
– İşlərimizi qaydaya salmaq üçün gündəlik planın və ya tapşırıqların siyahısının tərtib edilməsi məsələlərin konktretləşdirilməsinə və ardıcılığı müəyyən etməkdə kömək olacaq.
– Siyahımızda gördüyümüz işləri mütəmadi olaraq qeyd edib, müsbət formada təsdiqləməliyik.
– Plan qurarkən işlərimizə maksimal vaxt ayrılması, gözlənilməz işlərə vaxt ayırmağa imkan verir
– Öz psixoloji vəziyyətinizi və intellektual qabiliyyətlərinizi obyektiv qiymətləndirməklə bacarıqlarınızdan düzgün istifadə etməyi öyrənmək vaxtın idarə olunmasına müsbət təsir edə bilər
– Qənaət etdiyiniz resurs vaxt deyil, gündəlik enerji balansınızdır. Gün ərzində hansı faydasız vərdişləriniz vaxtınızı aldığını özünüzdə müəyyən edərək onlardan azad olmalısınız.