Valideyn olaraq bəzən özümüzü pis hiss edərkən həmin anlarda uşağımıza da istəmədən eyni hissləri keçirə bilirik. Həm özümüzdə, həm də uşağımızda isterik davranışlar və özündən çıxmaları idarə etmək valideyn olmağın ən çətin tərəflərindəndir.

Yeni yeriməyə başlayan və isterik davranışlar sərgiləyən uşaqlarımızla necə davranmalıyıq?

 

1.Davranış dəyişdirmə strategiyalarından istifadə edin

Davranış dəyişdirmə texnikaları sizin üçün əla vasitələrdir. Siz yaxşı davranışlar üçün mükafat üsulundan istifadə edə bilər, və ya azalmasını görmək istədiyiniz davranışlar üçün fasilələr verə bilərsiniz.

Mükafat və cəzalardan istifadə zamanı ardıcıllığı gözləmək və mükafatın hər zaman cəzadan daha yaxşı işlədiyini xatırlamaq vacibdir. Davranış dəyişdirmə texnikaları sınanmış vasitələrdir, onları öyrənsək də real həyatda tətbiq etmək, tutarlı olmaq, bəzən emosiyanı kənara qoyub bir robot kimi davranmaq həqiqətən çətindir, amma mümkündür.  

 

2. İlk olaraq özünüzü idarə etməyə üstünlük verin

Özünüzün və uşağınızın emosiyalarını izləməniz, idarə etməniz və düzgün reaksiya verməniz istifadə etdiyiniz strategiyadan daha önəmlidir.

Niyə?

Siz çətin və stresli situasiyalarda özünü necə bərpa etmə və vəziyyəti idarə etmə ilə bağlı uşağınız üçün bir rol modelsiniz. Ona hansı informasiyanı ötürdüyünüzə diqqət edin, istifadə etdiyiniz kəlmələr, səs tonunuzla və davranışlarınız vasitəsilə ona neqativ emosiyalar keçirməyin heç də pis olmadığınımı göstərirsiniz? Ya üzgün, qəzəbli və ya qorxmuş olmağa dayana bilməyib özünüzdən çıxdığınızımı? Onlar hər zaman sizdən öyrənir.

İkincisi, kontroldan çıxdığınız zaman sizin stresə reaksiya sisteminiz sıradan çıxır. Sizin bədəniniz təhlükə hiss edir və çətin nəfəs almağa və analitik düşünməkdən daha avtomatik düşünməyə keçirsiniz, bütün baş verənlərə emosional qiymət verirsiniz və qaçmağa hazırsınız.

Uşağınız daha sonra üz ifadənizi, nəfəs alış-verişinizi, səs tonunuzu, qəliblərinizi interpritasiya edir. Hansı ki, sizin bu formada əsəbiliyiniz və vəhşi duruşunuz uşağınıza heç kəs, özü də daxil olmaqla öz vəziyyətini idarə edə bilmir informasiyasını verir.

Əlavə olaraq, siz emosional olarkən, uşağınızın verbal və qeyri-verbal deməyə çalışdığına, ehtiyaclarına, sıxıntılarına, emosional siqnallara uyğunlaşmırsınız və uyğunlaşmadığınızı da davranışlarınızda göstərirsiniz. Bu zaman aranızdakı kordinasiya pozulur.

Amma, bu bütün variantlar tükəndi demək deyil. Emosiyalara qapılmanızın dərəcəsindən asılı olmayaraq, hər zaman yenidən başlaya bilərsiniz. Sadəcə vəziyyətinizə diqqət edin, emosiyalarınızın fərqinə varın, dərin nəfəs alın, geri dönün və uşağınızla yenidən əlaqəyə keçməyə çalışın.

 

3.Uşağın təcrübə etdiyi nədirsə onu tanıyın və təsdiqləyin

İndi isə geri dönün və deyin: “səni eşidirəm, buradayam”.  İndi uşağınız duyğularını sizə ifadə etmək üçün qışqırmağa və təpikləməyə ehtiyac duymayacaq. Xatırlayın davranış ünsiyyətdir.

Bəzən 2 yaşında yeni yeriməyə başlayan isterik davranış edən uşağınızın sadəcə otağına gedib yanında oturaraq, mən buradayam səni dinləyirəm deməyiniz hansısa təlimat vermədən, sözdən istifadə etmədən onunla sadəcə ağrı çəkdiyi nədirsə ona şərik olmanızı göstərməyiniz onun sakitləşməsi üçün kifayət edəcək.

Təbii hər situasiyada keçərli üsul olmaya bilər, amma çox vaxt dalğaya girməyi, reaksiya verməməyi və sadəcə onun yanında olmağı xatırlaya bildiyiniz an bu isterik davranışlar daha tez bitir. Əks halda isə aranızda sözlü və sözsüz münaqişəyə səbəb olur və hər şey bitdikdən sonra da özünüzü pis bir insan və valideyn kimi hiss edə bilirsiniz.

Bütün hallarda ilk etməli olduğunuz uşağınızı sakitləşdirməkdir. Onun sakitləşməsinə kömək etmək üçün isə öncə siz sakitləşməlisiniz. Ancaq o zaman problemi real həll edə bilərsiniz.