Kadr bazasına həssaslıqla yanaşan, əməkdaşlarından keyfiyyətli və məhsuldar fəaliyyət görmək istəyən hər bir qurum, şirkət öz əməkdaşları üçün peşəkar psixoloji xidmət təşkil etməlidir yanaşması artıq bir çox inkişaf etmiş ölkələrdə bir standarta çevrilib. Fiziki xəstəliklər nəticəsində iş prosesi ləngiməsinin qarşısını almaq üçün rəhbərlər əməkdaşlarının tibbi siğortasına əhəmiyyət verdiyi kimi, psixoloji sağlamlığının da iş prosesinə birbaşa təsirini nəzərdən qaçırmamalıdırlar. Çünki bir çox fizioloji problemlərin və xəstəliklərin kökündə məhz elə psixoloji amillər dayanır.
Bura qədər dediklərimiz çox məntiqli və ağıllı bir fikir kimi görünür. “Bəs psixoloq təşkilat üçün nələr edə bilər?” sualı yaranır.

⏺️Psixoloq şirkət üçün əməkdaşların motivasiyasına, komanda ruhuna, stresə davamlılığına, əməkdaşlar arasındakı yarana bilən gərginliklərə müsbət təsir edəcək təlimlər təşkil edə bilər. Bəzi şirkətlərin strukturunda inkişaf və ya təlimlə bağlı bölmə və ya məsul şəxslər olur. Amma, təlimçilik bacarıqları olub peşəkar psixoloq olmayan şəxslərin psixoloji mövzularda təlim keçməsi əksər vaxt arzuolunan effekti vermir.
⏺️İş qrafiki gərgin və xidməti fəaliyyəti müştərilərlə işləməkdən ibarət olan əməkdaşlar üçün mütəmadi olaraq qrup terapiyaları təşkil edə bilər. Qrup terapiyaları bənzər psixoloji gərginlik yaşayan əməkdaşların öz mənfi emosiyalardan xilas olmalarına və onları narahat edən daxili duyğu və düşüncələrini səhmana salmağa kömək edir.
⏺️Psixoloqla fərdi görüşlər və ya fərdi psixoloji konsultasiyalar da əməkdaşların psixoloji gərginliklərinin aradan qalxmasına, işə olan motivasiyalarının azalmasının qarşısını almağa, həmçinin, şəxsi problemlər səbəbindən zəifləmiş həyat və iş keyfiyyətinin yüksəldilməsinə müsbət təsir edə bilər.
⏺️Psixoloq bütün bu sadalananları daha fundamental və peşəkar səviyyədə təşkil etmək, şirkət və ya qurumun daha uzunmüddətli hədəflərinə çatmasına köməklik etmək üçün psixodiaqnostik testlər keçirə bilər, əməkdaşların potensialından daha səmərəli istifadə üçün müxtəlif psixodiaqnostik sorğu və testlər keçirə bilər.