Mindfulness Təməlli Stres Azaltma Proqramı (MBSR) mindfulness tapşırıqlarının sistemli olaraq və mərhələlərlə edildiyi, elmi araşdırmalarla dəstəklənmiş, meditasiya təlimləri vasitəsilə mindful olmağı öyrətməyə mərkəzlənən bir qrup proqramıdır. 

Bu proqram Prof. DR. Jon Kabat Zinn tərəfindən yaradılmış və ilk dəfə 1979-cu ildə MİT (Massachusetts Institute of Technology) Universiteti Mindfulness Mərkəzində tətbiq edilmişdir.  

MBSR proqramı dəstəkləyici, profilaktik, tamamlayıcı və ya təklikdə istifadə edilə bilər. Bu proqramın verdiyi gücü gündəlik həyatımızla bütünləşdirərək, çətin hisslər və bədəndəki simptomların öhdəsindən gəlmək üçün resurs qazanırıq. Əvvəllər təkcə xronik ağrıları olan insanları yaxşı hiss etmələrinə dəstək olmaq, eləcə də ağrıları ilə münasibət formalarını dəyişdirmək üçün hazırlanmış bir proqram idi. Daha sonra isə stres, çətin vəziyyətlər və hisslərin öhdəsindən gəlmə məqsədilə istifadə edilməyə başlandı. 

Mindfulness-i təcrübi olaraq anlamaq MBSR tətbiqləri ilə mümkündür. Bu məqsədlə yolunuz MBSR-dan keçərsə, bu sizin üçün çox zənginləşdirici olacaq. Beləcə Mindfulness bir anlayış olaraq qalmayacaq, onu bir yaşantıya, bir təcrübəyə keçirməniz daha asan olacaq. 

MBRS proqramı haqqında: 

Müdaxilənin təməli qədim Buddist Vipassana (insayt) və Shamatha (mərkəzlənmə) meditasiyaları və yoqa tətbiqlərinə əsaslanır. Lakin, bu tətbiqlərin hər hansısa dini məqsəd və düşüncələrə bağlığı yoxdur. 

MBSR bir qrup proqramıdır. 8 həftə və hər görüş 2 saat olmaqla davam edir. Əlavə olaraq 6 saat davam edən səssizlik günü var. 

Həftəlik görüşlərə emosiyaların fərqindəliyi, düşüncələrin fərqindəliyi, fiziki hissiyyatların fərqindəliyini daxil edən, bir sıra zehni və bədənsəl tapşırıqlar daxildir. 

Bu proqramda Mindfulness tətbiqləri və təcrübi çalışmalarla yanaşı psixotəlim və iştirakçıların paylaşımları yolu ilə stres, stresin idarə edilməsi və şüurlu fərqindəliyin gündəlik yaşamdakı hadisələrdə və insanlararası münasibətlərdə necə tətbiq ediləcəyi mövzularına aydınlıq gətirilir.

Görüşlərdən əlavə səs yazıları və yönləndirilmiş tapşırıqlar vasitəsi ilə iştirakçılar hər gün 30-45 dəqiqə tətbiqlər etməyə təşviq edilir.

 

MBSR kimlər üçündür? 

Gündəlik həyatda çətinlik çəkdiyimiz hiss və vəziyyətlərlə usta və müdrik bir şəkildə başa çıxmaq istəyən hər kəs üçün uyğundur. 

Bu proqramda iştirak etmək üçün hər hansısa ön şərt (meditasiya təcrübəsi olmaq, psixi sağlamlıq sahəsində çalışmaq, yaş, cinsiyyət) yoxdur. 

MBSR nə zaman istifadə edilir? 

Stres, çətinlik yaşadan vəziyyətlər və hisslərin öhdəsindən gəlmə məqsədilə istifadə edilir. Mindfulness öyrənilə bilən bir bacarıqdır. Bu bacarığı gündəlik həyatımızla bütünləşdirmək, davamlı bir şəkildə yaşanan fiziki simptomlarla və çətin hisslərlə mübarizə aparmaqda bizə resurs təmin edir. 

Edilən çalışmalar necə işləyir?

MBSR proqramı stresi azaltmada və hissləri tənzimləmədə bir özünü tənzimləmə yolu olaraq şüurlu fərqindəliyin sistemli öyrənilməsini təmin edir. Proqram, qəbul edici bir yanaşma yolu ilə anda nələr olduğunun daha da fərqində olunmasını məqsədləyir. MBSR, insanlarda vərdiş halını alan neqativ düşüncələr, hisslər və davranış qəliblərindən yayınmağa kömək etmək məqsədilə inkişaf etdirilib. Artan fərqindəlik və qəbul etmə ilə fərdlərin mübarizə bacarıqlarının artmasına kömək edir. Şüurlu fərqindəlik təlimləri, beynin emosiya tənzimləmə və stres reaksiyadan məsul bölgələrində dəyişikliklər yaradır. Bu dəyişikliklər nəfəs alma, ürək döyüntüləri və immunitet funksiyaları kimi bioloji proseslərə də təsir edir. 

MBSR proqramında hər həftənin bir mövzusu var. Prosesdə bu mövzular və çalışmalar üzərində dayanılır. Çalışmaların qrup içində paylaşılmasının önəmli rolu var. Paylaşmaq, MBSR proqramında önəmli bir prosesdir, çünki adlandırmaq tərbiyə etməkdir. Təcrübələrimizi qarşımızdakı ilə paylaşdığımızda o təcrübəyə verdiyimiz dəyər də artır. Bəzən anda yaşadığımız kiçik bir təcrübəyə önəm vermirik. Buna görə də təcrübə haqqında danışmaq o təcrübəyə verdiyimiz önəmi artırır. Bəlkə də dəyişim burda başlayır, təcrübə etdiyini danışaraq, onu ifadə edərək…

MBSR-I kim tətbiq edə bilər?

Öncəliklə MBSR təlimçisinin zəruri sertifikasiyaya sahib olması və özünü yetişdirmə prosesindən keçmiş olması önəmlidir. Bunun üçün də ön şərt olaraq bir MBSR proqramını, daha sonra da MBSR təlimçiliyi proqramını tamamlamış olması lazımdır. 

Ancaq, bu kifayət deyil. 

Təlimçilərin ən önəmli özəlliyi, öz proseslərindən keçməsi və Mindfulness tətbiqlərini formal və informal şəkildə yaşamlarında davam etdirməsi zəruridir. Çünki bir şey haqqında bəhs etmək ilə onu təcrübə etmək bir birindən çox fərqlidir. Anlamaq üçün bu proseslərdən keçmək və üzərinizdə tətbiq etmək zəruridir. 

Psixoloq Zümrüd Əkbərova TMİ (Türkiyə Mindfulness İnstitunun) MBSR təlimçilərin təlim proqramını tamamlamışdır. (2020-2022)

Mindfulnessi daha dərindən tanıyıb, tətbiq edib, gündəlik həyatına qatmaq istəyən hər kəsi bu proqramda görmək xoş olacaq. Birlikdə şəfalanma diləyi ilə. 

 

Proqram qiyməti: 300 manat 

Proqram ZOOM platforması üzərindən online olaraq reallaşdırılacaq.

 

 

Aşağıdakı forumu doldurarak MBSR proqramına müraciət edə bilərsiniz. Ön görüşmə üçün Sizinlə ən yaxın zamanda əlaqə saxlanılacaq. 

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSchdm4BxIl7C0NHG9Uw71UnXf8ClDsoccz1OpJFLV5AiTRxOg/viewform

 

Son qeydiyyat tarixi: 28.01.2022

Ön görüşmə tarixləri: 29.01.2022-05.02.2022

Proqram tarixləri: 16.02.2022 -06.04.2022

İştirakçı sayı 12 nəfərlə məhduddur.

 

Kursun proqramı

Proqram sonunda ən az 7 görüşdə və səssizlik günündə iştirak edən iştirakçılar iştirakçı sertifikatı ilə təmin ediləcək. Bu sertifikat təlimçilik hüququ verməsə də gələcəkdə təlimçi olmaq arzusu olanlar üçün MBSR təlimçiliyinə müraciət zamanı tələb ediləcək ön şərt MBSR kursu iştirakçı sertifikatı kimi keçərli olacaq. 

Dərs təqvimi 

16 fevral 2022

Çərşənbə

20.00 -22.00

23 fevral 2022

Çərşənbə 

20.00 -22.00

2 mart 2022

Çərşənbə 

20.00 -22.00

9 mart 2022

Çərşənbə 

20.00 -22.00

16 mart 2022

Çərşənbə 

20.00 -22.00

18 mart 2022

Şənbə - səssizlik günü (İnziva)

10.00 -16.00

23 mart 2022

Çərşənbə 

20.00 -22.00

30 mart 2022

Çərşənbə 

20.00 -22.00

06 aprel 2022

Çərşənbə 

20.00 -22.00

Təlim kursunun mütəxəssisləri